Azərbaycan 1/4-də
22.06.2011 - 23:20
İstanbulda təşkil olunmuş tələbələr arasında IX Avropa çempionatında Azərbaycan komandası növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Kipr komandası ilə qarşılaşan təmsilçimiz Mikayıl Rəhimov və Əli Bağırovun vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.
Beləliklə, tələbələrdən ibarət komandamız Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə təmsilçimizin rəqibi rusiyalı tələbələr olacaq. Azərbaycan – Rusiya oyunu iyunun 24-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.

0
0