“Qarabağ” “Banqa” ilə süni örtüklü meydanda oynayacaq
23.06.2011 - 08:34
“Qarabağ” “Banqa” ilə süni örtüklü meydanda oynayacaq
“Qarabağ” klubunun Avroliqanın 1-ci təsnifat mərhələsində “Banqa” ilə keçirəcəyi oyunların başlama saatı və yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Litva təmsilçisiylə iyunun 30-da baş tutacaq ilk qarşılaşmanın “Banqa”nın ev oyunlarını keçirdiyi Qarjdai şəhər stadionunda baş tutacaq.

İlk matçın yeri ilə bağlı qərar verməkdə neçə vaxtdır tərəddüd edən UEFA nəhayət ki, süni ot örtüyünə malik stadionla bağlı müsbət rəy verib. Eyni zamanda oyununun başlama saatı da müəyyənləşib. “Banqa” – “Qarabağ” oyununun yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) baş tutacağı məlum olub. İyulun 7-sində Bakıda keçiriləcək oyunun isə saat 21:00-də başlayacaq.