Roberto Karlosun başına banan tulladılar
23.06.2011 - 09:00
Roberto Karlosun başına banan tulladılar
Rusiyanın “Anji” klubunun məşhur braziliyalı futbolçusu Roberto Karlos təhqir olunub. Apasport.az saytının məlumatına görə, 38 yaşlı kapitanın başına Premyer Liqanın son turunda Samaranın “Krılya Sovetov” klubu ilə səfər oyununun 90-cı dəqiqəsində tribunalardan başına banan tullayıblar: “Mən fanatın iyrənc hərəkətindən hiddətlənmişəm. O, öz ədəbsizliyi ilə həqiqətən də yalnız məni yox, meydanda olan bütün futbolçuları təhqir etdi. Nəinki oyunçular, bütün Rusiya futbolunu. Ümid edirəm ki, Rusiya Futbol İttifaqı, UEFA və FİFA bu iyrənc insidentə adekvat qiymət verəcəklər”.

Qeyd edək ki, Karlos xuliqanın hərəkətə etiraz əlaməti olaraq meydanı final fitinə qədər tərk edib. Milli komandamızın sabiq çalışdırıcısı Vaqif Sadıqovun məşqçisi olduğu “Anji” ilk dövrənin son turunda səfərdə 3:0 hesabı ilə qalib gəlib.