“Qarabağ” üçün 29 yaşlı əcnəbi
23.06.2011 - 12:01
Avroliqanın I təsnifat mərhələsində keçiriləcək “Banqa” (Litva) – “Qarabağ” (Azərbaycan) oyununun hakimi Torvaldur Arnasonun kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 30-da Qardzaidəki qarşılaşmada fit çalacaq islandiyalı ədalət təmsilçisi təcrübəsi ilə öyünə bilməz.
Belə ki, cəmi ildir İslandiya çempionatında oyunlar idarə edən Arnasonun vur-tut 29 yaşı var. O, ötən ilin yanvarında FİFA referisi olmaqla 27 yaşında bu adı qazanan 2-ci islandiyalı olmuşdu.
Lakin il yarım il ərzində Arnason cəmi 3 beynəlxalq görüşdə fit çalıb. 15 ay əvvəl 17 yaşlıların Avropa çempionatının elit mərhələsində Hollandiya – Ukrayna və Hollandiya – Gürcüstan matçlarında ədaləti qoruyan islandiyalı narıncıların qələbələrinə şahid olub – müvafiq olaraq 2:0 və 2:1. 20 gün əvvəl isə Arnason Lüksemburq və Macarıstanın əsas yığmalarının qarşılaşmasında fit çalıb. Bu görüşdə qonaqla 1:0 hesabı ilə qalib gəlib.

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0