Rodriqinyonun komandası Libertadores Kubokunu qazandı
23.06.2011 - 10:21
Rodriqinyonun komandası Libertadores Kubokunu qazandı
Braziliyanın “Santos” klubu Cənubi Amerikanın ən nüfuzlu turniri olan Libertadores Kubokunun qalibi olub. Apasport.az saytının məlumatına görə, “futbol kralı” Pelenin karyerasının böyük hissəsini keçirdiyi komanda finalda Uruqvayın “Penyarol” klubuna 2:1 hesabı ilə qalib gəlib. Bununla da “Santos” uzun müddətlik həsrətə son qoyub. Belə ki, o, sonuncu dəfə 48 il öncə turniri qazanmışdı. 3-cü dəfə Liberdadores Kubokunun qalibi olan “Santos” ilk dəfə 1962-ci ildə buna nail olub, ardıcıl 2 il titula sahib çıxıb.

Qeyd edək ki, “Santos” “Neftçi”nin braziliyalı futbolçusu Rodriqinyonun keçmiş komandasıdır. Yarımmüdafiəçi qışda məhz bu komandadan flaqmana transfer olundu və buna qədər Libertadores Kubokunun iştirakçısı idi.