Pelenin “Neftçi” ilə görüşünün vaxtı dəqiqləşdi
23.06.2011 - 11:15
Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək Bakının “Neftçi” klubunun Avstriyada keçirəcəyi yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Vyanada mini-turnirdə qüvvəsini sınayacaq komandamız iyulun 4-də Rumıniyanın “Universtatya” klubu ilə görüşəcək. “Neftçi” ÇL-in II təsnifat mərhələsində rəqibi olan Zaqreb “Dinamo”su ilə oyuna əsas hazırlığı məhz Avstriyada keçirərək, bir neçə yoldaşlıq görüşləri keçirəcək. Bura Ukraynanın “Karpatı” və Çexiyanın “Viktoriya” klubları ilə oyunlar da daxildir.
Avstriyada oyunlarının vaxtını açıqlayan Rumıniya təmsilçisi sonda “Neftçi” ilə görüşəcək. Yəni bunadək iyunun 28-də “Karpatı”, iyulun 2-də “Viktoriya” ilə oyun olacaq. Artıq Avstriyaya gələn “tələbələr”in heyətində futbolçulardan biri Peledir. Braziliyalı “futbol kralı” ilə eyni soyadı daşıyan futbolçunun adı Stivendir.
Qeyd edək ki, “Neftçi” Türkiyənin İsparta şəhərində başa çatan ilk təlim-məşq toplanışında yeganə oyununda Zaporojyenin “Metallurq” klubuna böyük hesabla qalib gəlib – 3:0. Arif Əsədovun çalışdırdığı komandamız Xorvatiyaya məhz Avstriyadan yollanaraq, iyulun 13-də “Dinamo” ilə ilk oyuna çıxacaq.

0
0