Berti Foqts Almaniya klubundan növbəti dəvət aldı
23.06.2011 - 10:52
Berti Foqts Almaniya klubundan növbəti dəvət aldı
Almaniyanın “VFR Buttgens” klubu gələn il 100 illik yubileyini qeyd edəcək. Apasport.az saytının məlumatına görə, bayram tədbirləri gələn il yanvarın 7-dən başlayaraq keçiriləcək. İl boyu təşkil olunacaq müxtəlif tədbirlərin özəyi isə iyunun 15-də gerçəkləşəcək. Həmin günkü tarixə klub tarixinin ən məşhur simaları da dəvət olunub. Buttgenslilərin əsas fəxri isə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsdur. Elə o da tədbirə dəvət alanlar sırasındadır. Almaniyalı mütəxəssis anadan olduğu bu şəhərin uşaq-yeniyetmə komandalarında oynadıqdan sonra peşəkar karyeraya başlayıb. Bunun üçün isə o, Mönhenqladbaxa köçərək “Borussiya” ilə anlaşıb və peşəkar karyerası boyu bu kluba safiq olub.