“Şalke” azərbaycanlı futbolçuları meydana çıxmağa peşman etdi
23.06.2011 - 11:01
Bakının "İnter" klubunun UGFM-nin 10 yaşlı futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak etmək məqsədilə yollandığı Almaniyanın Qüterslo şəhərində ilk matçını keçirib. Apasport.az saytının məlumatına görə, komanda turniröncəsi yoldaşlıq matçında qüvvəsini sınayıb. Almaniyanın məşhur "Şalke" klubunun uşaqları ilə qarşılaşmada “İnter” futbolçuları müydana çıxmağa peşman olublar. Helzengirhen şəhərində yerləşən “Veltins-Arena” stadionunda baş tutan oyun meydan sahiblərinin şousu ilə əlamətdar olub - 11:1.
Oyundan sonra komandanın baş məşqçisi Rövşən Babayev məğlubiyyəti klubun saytına açıqlamasında belə əsaslandırıb: "Bildiyiniz kimi, turnir ayın 23-də başlanır və turnir öncəsi iki yoldaşlıq matçının keçirilməsini nəzərdə tutmuşduq. Artıq turnirə hazırlıq prosesimiz başa çatdı və keçirdiyimiz qarşılaşmaları oyun praktikasının artırılması baxımından yüksək qiymətləndirirəm. Oyuna gəldikdə isə onu demək istəyirəm ki, bu gün biz nəinki Almaniyanın, hətta Avropanın ən yaxşı futbol klublarından birinin -"Şalke" ilə qarşılaşdıq. Uşaqlar hər biri 25 dəqiqədən ibarət olmaqla 3 hissə meydanda mübarizə apardılar. Hər 3 hissənin gedişində əsas heyət də daxil olmaqla ehtiyat oyunçuları da meydana buraxdım. "Şalke" çox güclü klubdur, amma məğlubiyyətə baxmayaraq, belə bir güclü komandayla keçirdiyimiz yoldaşlıq matçının komandamızın uğurlu çıxışına müsbət təsir göstərəcəyini düşünürəm".
Qeyd edək ki, “İnter” ilk yoldaşlıq oyununda "Sportclub Verl 1924 e.V" komandasına 2:3 hesabı ilə uduzmuşdu.

0
0