“Neftçi”nin futbolçusu Türkiyə klubunun düşərgəsinə yollandı
23.06.2011 - 11:45
Azərbaycan milli komandasının və Bakının “Neftçi” klubunun futbolçusu Amit Quluzadənin Türkiyə təmsilçisi “Erciyesspor”a keçidi gerçəkləşməyə yaxındır. Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi bakılıların başa çatan Türkiyə toplanışından geri qayıtmayıb. Buna səbəb Amitin ona birbaşa müqavilə təklif edən “Erciyesspor”un düşərgəsinə yollanmasıdır. Futbolçumuz Kayseri təmsilçisinə keçidi ilə bağlı klublar arasında danışıqların yekunlaşmasını gözləyir.
Qeyd edək ki, yerli gənc oyunçularının xarici klubdan təklif alacağı halda keçidə əngəl olmayacağını dəfələrlə açıqlayan “Neftçi” rəhbərliyi yarım il əvvəl digər istedadı Araz Abdullayevin “Everton”a transferinə imkan yaratmışdı.

0
0