“Dinamo” güclü komandadır, amma biz də zəif deyilik”
23.06.2011 - 15:00
“Türkiyə toplanışında yaxşı hazırlıq keçdik. İstirahətdən qayıtdıqdan sonra tədricən formamızı bərpa etməyə çalışdıq. Komanda üçün yaxşı şərait yaradılmışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin qapıçısı Rauf Mehdiyev deyib.
İyunun 10-dan etibarən Türkiyədə təlim-məşq toplanışı keçirən “Neftçi” artıq vətənə dönüb. 3 günlük istirahətin ardından son çempion hazırlıq keçmək üçün bu dəfə Avstriyaya yollanacaq. İspartadakı hazırlıq mərhələsini dəyərləndirərkən, təcrübəli qolkiper sona yaxın psixoloji çəhətdən yorğunluğun müşahidə edildiyini vurğulayıb: “Türkiyədə 11-12 gün qaldıq. Otel dağların arasında yerləşirdi. Orada ancaq məşq edib sonra da dincəlirdik. Sırf futbola köklənmişdi. Bu da müəyyən qədər psixoloji yorğunluq yaratmışdı. Artıq Bakıdayıq və ailəmizin əhatəsindəyik”.
Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşacaq paytaxt təmsilçisi rəqibindən çəkinmir. Düzdür, Mehdiyev Xorvatiya çempionunu güclü komanda olduğunu qəbul edir, amma “Neftçi”ni heç də zəif saymır: “Rəqibin təqdimata ehtiyacı yoxdur. Xorvatiyanın ən titullu və güclü komandasıdır. Heyətində yüksək səviyyəli futbolçular cəmləşib. Güclü kollektivdir. Ancaq biz də hazırlığımızı davam etdiririk. Bu, futboldur, necə olacağını əvvəlcədən bilmək mümkün deyil. Nə olsun ki, onlar güclü komandadır? Biz də zəif deyilik”.
Şansları dəyərləndirən qolkiper hər iki komandanın mərhələ adlamaq üçün şanslarının olduğunu deyib: “Futbol elə oyundur ki. 90 dəqiqə başa çatmadan hesabı demək mümkün deyil. Qaldı ki, şanslara hər iki komandanın mərhələ adlamaq şansı var. Ona görə də 50-nin 50-yə dəyərləndirirəm”.

0
0