AZAL-ın oyununa telefon mağazasının cəzalanmış sahibi gəlir
24.06.2011 - 16:51
Avroliqanın I təsnifat mərhələsində keçiriləcək “Minsk” – AZAL oyununun baş hakimi Angel Angelovun kimliyi aydınlaşıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hakim bu peşəyə yaşıl meydandan gəlib. Futbolçu ikən ağır zədə alan Angelov karyerasını bitirdikdən sonra atası ilə əmisinin yolunu tutaraq hakimliyə başlayıb.
27 yaşında FİFA referisi olan gənc ədalət təmsilçisi 17 yaşlılar arasında Avro-2008-in ən gənc hakimi olub. Angelovlar ailəsinin 3-cü beynəlxalq dərəcəli hakimi ötən il ağır cəzaya məruz qalıb. O, Bolqarıstan Futbol Federasiyası tərəfindən 3 illik hakimlikdən kənarlaşdırılıb. Vətənində gəzən söz-söhbətlərə əsasən Angelov federasiyanın sevimlisi “Levski”yə qarşı sərt qərarlarına görə “yanıb”. Bu matç isə 13 ay əvvəl baş tutan “Levski” – “Sliven” görüşüdür.
Bolqarıstanda cəzalanmasına baxmayaraq UEFA-dan mütəmadi təyinatlar alan Angelov bundan sonra, ötən ilin payızında 2 beynəlxalq matçı idarə edib. Son 13 ayda 2 dəfə rəsmi iş başında olan hakimin əsas qazanc mənbəyi isə futboldan kənar həyatındadır. Mobil telefon mağazalarının sahibi olan Angelov burdan əldə etdiyi qazanc hesabına dolanır.

0
0