Ralf Losse “Xəzər Lənkəran”ın şansını dəyərləndirdi
26.06.2011 - 10:00
“Çox yaxşı bir komanda, güclü bir rəqiblə qarşılaşdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Drezdenin “Dinamo” klubunun baş məşqçisi Ralf Losse deyib.
Bu ildən II Bundesliqaya yüksələn komanda “Xəzər Lənkəran”la yoxlama oyununda qüvvəsini sınadı. 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Losse görüşlə bağlı fikirlərini açıqlayıb: “Rəqibimiz çox yüksək səviyyəli komanda idi. Qeydə alınan nəticədən razıyam”.
Losse “Xəzər Lənkəran”ın futbolçuları və Avropa Liqasında İsrailin “Makkabi” klubu ilə oyunları haqda da danışıb: “Əgər komandanız səfərdəki ilk oyunda yaxşı nəticə qazana bilsələr, evdəki matçın nəticəsinə görə mərhələ adlamaq şansı qazanacaq. Hansısa futbolçularınıza gəlincə, heç kimi fərqləndirməzdim. Çünki hamısı bir-birinə yaxın oynayırdı. Bu mənada kollektiv oyun göstərdilər”.
Lossenin komandası bu qarşılaşmadan xeyli öncə Azərbaycana qarşı oynayıb. Söhbət 1998-ci ilin oktyabrın 14-də Vadutsda baş tutan görüşdən gedir ki, həmin vaxt Lossenin baş məşqçisi olduğu Lixtenşteyn millisi yığmamız üzərində qələbə qazanmışdı – 2:1.
O bildirib ki, həmin görüşdə azərbaycanlı futbolçular texnikalı oyunları ilə seçilmişdilər: “Düzdür, indi Azərbaycan futbolu yüksəlişdədir. Amma milli komandanızın Qazaxıstanla Astanadakı görüşünü izlədim. İnana bilmədim ki, bu, həmin Azərbaycan yığmasıdır”.

0
0