Üçüncü çempionluq
26.06.2011 - 09:00
Üçüncü çempionluq
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Danimarkadakı final mərhələsinin son günündə final və III yer urunda matç keçirilib.

Əvvəl bürünc mükafata iddia edən Çexiya və Belarus futbolçuları münasibətlərini aydınlaşdırıb. Seçmə mərhələdə Azərbaycan millisinə 2 dəfə qalib gələn (3:2, 1:0) Belarus yığmaı əsas vaxtın sonlarında vurulan yeganə qol sayəsində sevinən tərəf olub.

Həlledici qarşılaşmada isə İspaniya ilə İsveçrə üz-üzə gəliblər. Hər hissədə 1 qol vuran pireneylilər qitə çempionu olublar. Bu ispaniyalıların 3-cü belə uğurudur. Onlar 1986 və 1998-ci illərdə də qızıl medallara sahib olmuşdu.