AZAL-ın rəqibi fasilədən sonra “oyandı”
26.06.2011 - 09:20
AZAL-ın rəqibi fasilədən sonra “oyandı”
Belarus çempionatında 15-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avroliqada AZAL-ın rəqibi olan “Minsk” klubu da növbəti matçına çıxıb. Vitali Tarakanovun yetirmələri səfərdə “Torpedo-BelAZ-ın qonağı olublar.

Bu qarşılaşmada komandalar hərə 2 qol vuraraq 1 xalla kifayətləniblər. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan minskliləri Voronkovun 57-ci dəqiqədəki qolu və Ryabtsevin 66-cı dəqiqədəki avtoqolu xilas edib.

AZAL-ın rəqibi qarşılaşmanı bu heyətlə keçirib: Skinderis - Heqrikoviç, Pavlyuçek, Saçivko, Osipoviç (Qiqeviç, 82) - Loşankov, Voronkov, Soro, Razin (k), Xaçaturyan (Saheko, 18; Zenko, 90+1) – Vasilyuk.

Qeyd edək ki, 15 turdan sonra hesabında 18 xal olan “Minsk” 12 komanda arasında 8-ci yerdə qərarlaşıb.