“Hakimlikdən danışmayacağam”
26.06.2011 - 09:41
“Hakimlikdən danışmayacağam”
“İki tam fərqli hissə keçirdik. İlk yarıda rəqib, fasilədən sonra biz meydanda dominantlıq edirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləru Belarusun “Minsk” klubunun baş məşqçisi Vitali Tarakanov deyib.

Avroliqanın I təsnifat mərhələsində AZAL-a rəqib olan Minsk təmsilçisinin çalışdırıcısı Belarus çempionatının XV turunun “Torpedo-BelAZ”la oyunu haqda fikirlərini açıqlayıb: “Hakimlik haqda heç nə danışmayacağam. Çünki indiyədək belə şey etməmişəm. Matçın nəticəsinə gəlincə isə hesab oyuna görə oldu”.

Qeyd edək ki, minsklilər fasiləyə 0:2 hesabı ilə məğlub yollansa da sonda 1 xal qazana bilib – 2:2.