Adrian Lopes “Neftçi”də tarix yazan məşqçinin yoluyla gedir
26.06.2011 - 11:00
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının qitə çempionu olmasında pay sahiblərindən sayılan Adrian Lopes Avro-2011-in ən yaxşısı seçilib. O, qitə birinciliyində “Qızıl top” alan 18-ci futbolçu olub.
Lopesə qədər adı Azərbaycan klubları ilə yanaşı hallanan Vahid Həlilhodziç, həmçinin Loran Blan, Fabio Kannavaro, Rudi Föller, Luiş Fiqu, Davor Şuker, Andrea Pirlo, Petr Çex kimi əfsanəvi futbolçular da bu titula yiyələnib. “Qızıl top”un sahibləri sırasında Azərbaycan çempionatının bürünc mükafatçısı, “Bakının “Neftçi” klubu ilə tarix yazan Anatoli Demyanenko da var. Bakılılar məhz onun rəhbərliyi altında avrokuboklarda 2 mərhələ keçən ilk Azərbaycan klubu olmuşdu. Bu, 2008-ci ilin yayında İntertoto kubokuna təsadüf etmişdi.
“Qızıl top”un sahibləri
1978 - Vahid Həlilhodziç - Yuqoslaviya
1980 - Anatoli Demyanenko - SSRİ
1982 - Rudi Föller – AFR
1984 - Mark Hateley - İngiltərə
1986 - Manuel Sançis – İspaniya
1988 - Loran Blan – Fransa
1990 - Davor Şuker – Xorvatiya
1992 - Renato Buso – İtaliya
1994 - Luíş Fiqu - Portuqaliya
1996 - Fabio Kannavaro – İtaliya
1998 - Françesk Arnau – İspaniya
2000 - Andrea Pirlo – İtaliya
2002 - Petr Çex – Çexiya
2004 - Alberto Cilardino – İtaliya
2006 - Klaas-Yan Huntelaar – Hollandiya
2007 - Royston Drente – Hollandiya
2009 - Markus Berq – İsveç
2011 - Adrián Lopes – İspaniya

0
0