“Tvente” yenə Cavadovsuz qalib gəldi
26.06.2011 - 10:20
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi “Hengelo” komandası ilə matçda qüvvəsini sınayıb. Aşağı dəstə təmsilçisi ilə qarşılaşmada Cavadovun komandası rəqibini darmadağın edib – 10:1. Vaqif bu dəfə də meydana çıxanlar arasında olmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Tventerand”la qarşılaşmada da həmyerlimizə heyətdə yer tapılmamışdı.
Qeyd edək ki, bir neçə gün əvvəl “Tventerand”la qarşılaşmada da həmyerlimizə heyətdə yer tapılmamışdı.
0
0