Zaqreb “Dinamo”su Azərbaycan klubu ilə oynamaqdan imtina etdi
26.06.2011 - 11:28
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiya “Dinamo”su Sloveniyanın Rolya şəhərindəki hazırlıqları yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Zaqreb təmsilçisi bu ölkənin digər şəhəri Maribora yollanıb.
İyulun 5-dək burada hazırlıq keçəcək xorvatiyalıların yoxlama oyunları ilə bağlı planları dəyişib. Əvvəlcədən 3 matçda qüvvəsini sınamaq niyyətində olan “Dinamo” plana uyğun şəkildə Slovakiyanın “Rujomberok” və Polşanın “Slaşki” klubları ilə qarşılaşacaq. Son yoxlama oyununda “Bakı” ilə görüşməli olan zaqreblilər bu qarşılaşmadan imtina ediblər. Onlar Çempionlar Liqasındakı rəqiblərinin həmşəhərliləri ilə görüşməyi məqsədəuyğun saymırlar.
Qeyd edək ki, “Dinamo”nun rəsmi saytında yerləşdirilən bu xəbərdə Azərbaycan təmsilçisinin adı “Bakı” deyil, “İnter” kimi göstərilib. Hərçənd “Dinamo” kimi Sloveniyaya gedib bu komanda ilə qarşılaşmalı olan məhz Aleksandr Starkovun yetirmələridir.

0
0