“Qarabağ” Litva yolunda
26.06.2011 - 14:05
“Qarabağ” Litva yolunda
“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışını başa vurmaq üzrədir. Apasport.az saytının məlumatına görə, iyunun 9-dan Qızılcahamda toplanış keçən Ağdam təmsilçisi artıq 18 günlük hazırlıq prosesini bitirir. Bugünkü sonuncu çalışmayla Türkiyə hazırlıqlarını başa vuran komanda sabah Litvaya yola düşəcək.

“Qarabağ” sabah günorta saatlarında Ankara – İstanbul – Riqa reysiylə səfərə çıxacaq. 20 futbolçudan ibarət heyət Latviyanın paytaxtından Litvanın Klaypeda şəhərinə hərəkət edəcək. Avroliqanın I təsnifat mərhələsinin “Banqa” ilə ilk qarşılaşmasının keçiriləcəyi Qarjdaidən 25 km aralıda yerləşən “Amberton” otelində məskunlaşacaq komanda oyun gününə kimi 2 dəfə məşqə çıxacaq.

İyunun 30-da yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) “Banqa”nın qonağı olacaq “Qarabağ” ertəsi gün vətənə qayıdacaq. Riqa – İstanbul – Bakı reysiylə vətənə qayıdacaq komanda iyulun 2-si səhər saatlarında paytaxtda olacaq.

Mənbə: qarabagh.com