“Xəzər Lənkəran”da elə rəqabət var ki, mənə də çətin olacaq”
26.06.2011 - 17:00
“Xəzər Lənkəran”da elə rəqabət var ki, mənə də çətin olacaq”
“Xəzər Lənkəran”da mənim üçün heç də asan olmayacaq. Çünki bu komandada yaxşı oyunçular olduğundan rəqabət böyükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun düşərgəsinə cəlb etdiyi rumıniyalı Marius Onofraş deyib.

Rumıniya televiziyasına müsahibə verən 31 yaşlı futbolçu bildirib ki, yeni klubunda möhkəmlənmək üçün əlindən gələni edəcək: “Buna görə də indi bir az həyəcanlıyam. Lakin ümid edirəm ki, baş məşqçimiz Mirça Rednikin etimadını qazanacağam. Öz oyunumla da bunu doğrultmağa çalışacağam”.