“Qarabağ” Türkiyədə park saldı
26.06.2011 - 20:28
“Qarabağ” Türkiyədə park saldı
Hər yay Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçən “Qarabağ” klubu həmin ərazidə park salıb. Apasport.az saytının məlumatına görə, Ankaradan 80 km aralıda yerləşən dağlar qoynunda yerləşən 5 ulduzlu “Patalya” otelində məskunlaşan ağdamlılar Qızılcahamamda iz qoyublar. Belə ki, otelin rəhbəri Okan Akçanın təşəbbüsü ilə klub üçün ərazidə boş yer ayrılıb və komanda üzləri hər gün bir ağac əkməklə məşğul olub. Fidanlar əkildikdən sonra bütün “Qarabağ”lılar xatirə şəkili çəkdiriblər.

Mənbə: qarabagh.com