Zaqreb “Dinamo”su itirə-itirə gedir
27.06.2011 - 12:14
Zaqreb “Dinamo”su itirə-itirə gedir
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” klubu ilə qarşılaşacaq Zaqreb “Dinamo”su növbəti itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan xorvatları braziliyalı legioner Sammirin zədələnməsi qayğılandırmağa başlayıb.

Belə ki, Sammir köhnə zədəsini yeniləyib. Qışda xəsarət alan futbolçu bu səbəbdən hazırlığın II mərhələsinə qatılmayacaq. Lakin zaqreblilər zədəli yarımmüdafiəçinin iyulun 13-də baş tutacaq qarşılaşmada xidmətindən istifadə etmək niyyətindədirlər.

Qeyd edək ki, Sammirdən öncə Pedro Morales zədələnərək düşərgədən ayrılmışdı.