“Neftçi” Çempionlar Liqasına belə hazırlaşır - FOTOSESSİYA
27.06.2011 - 12:33
“Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi Zaqreb “Dinamo”su ilə oyunlara hazırlığı davam etdirir. Apasport.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, komanda üzvləri səhər saatlarında klubun bazasında məşq keçiblər. Əvvəlcə fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra baş məşqçi Arif Əsədovun rəhbərliyi altında toplu çalışmalar ediblər.
Qeyd edək ki, komandanın axşam məşqi də klubun bazasındakı meydançada baş tutacaq.
Qeyd edək ki, komandanın axşam məşqi də klubun bazasındakı meydançada baş tutacaq.
0
0