“Qalatasaray” “Latsio”nun qapıçısını transfer etdi
27.06.2011 - 13:09
“Qalatasaray” qapıçı problemini həll edib. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılar” İtaliyanın “Latsio” klubunun qapı qoruyucusu Fernando Muslera ilə danışıqları müsbət yekunlaşdırıblar.
Uruqvaylının transferi İstanbul təmsilçisinə 4 milyon avroya başa gəlib. 25 yaşlı qapıçı növbəti 5 ildə “Qalatasaray”ın şərəfini qoruyacaq və o, Türkiyədə ilinə 2,5 milyon avro qazanacaq.
Qeyd edək ki, hazırda Uruqvay yığması ilə Amerika Kubokunda mübarizə aparan Musleranın adı İtaliya A seriyasının son mövsümdə ən yaxşı 5 qapıçısı sırasına daxil edilib.

0
0