“Dinamo” – “Neftçi” oyununun keçirilmə günü sual altına düşdü
27.06.2011 - 13:24
“Dinamo” – “Neftçi” oyununun keçirilmə günü sual altına düşdü
UEFA-dan “Neftçi” klubuna məktub daxil olub. Apasport.az saytının məlumatına görə, məktubda Çempionlar Liqasının II təsnifat mərhələsinin Zaqrebdə keçiriləcək “Dinamo” – “Neftçi” oyununun hansı gündə baş tutacağının iyunun 28-də məlum olacağı bildirilir. Qarşılaşmanın başlanma saatının isə iyulun 1-dək dəqiqləşəcəyi qeyd edilir.

Xorvatiya “Dinamo”sunun rəsmi saytında ilk oyunun iyulun 13-də keçiriləcəyi bildirilsə də, bu hələ təsdiqini tapmayıb.

Qeyd edək ki, bu görüşə hazırlığı Bakıda davam etdirən “Neftçi” təlim-məşq toplanışı keçməkdən ötrü qarşıdakı günlərdə Avstriyaya yollanacaq.

Mənbə: neftchifc.com