Krunoslav Yurçiç “Neftçi”nin Avstriyadakı yoxlama görüşünü izləyəcək
27.06.2011 - 15:08
Krunoslav Yurçiç “Neftçi”nin Avstriyadakı yoxlama görüşünü izləyəcək
“Tapşırıq verdiyim insanlar artıq işlərinin öhdəsindən gəliblər. Onlar “Neftçi”nin 2-3 oyunun video kasetini mənə gətiriblər”. Apasport.az saytının məlumatına görə, bunu Zaqreb “Dinamo”sunun baş məşqçisi Krunoslav Yurçiç deyib.

O bildirib ki, Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqlar “Neftçi” klubu barədə lazımı məlumatları toplayıblar. Lakin Yurçiç bununla kifayətlənmək fikrində deyil. O Bakı klubunun Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama görüşlərdən də birini izləmək fikrindədir: “Rəqibimiz bu günlərdə Avstriyaya gələcək. Mən də oraya yollanacağam. Biz onların hansı mövqedə daha təhlükəli olduqlarını bilirik. Lakin bununla yerindəcə tanış olmaq istəyirəm”.

Qeyd edək ki, “Dinamo” – “Neftçi” oyunun tarixi sabah dəqiqləşəcək.