Avrokubok həyəcanı başlayır
27.06.2011 - 15:52
Avrokubok həyəcanı başlayır
Sabah Avrokubokların 2011/2012 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitəmiqyaslı yarışlar Çempionlar Liqası ilə başlayacaq.

Avropanın ən mötəbər yarışının ilk təsnifat mərhələsində 2 oyun keçiriləcək. Bu qarşılaşmalardan 1-i San-Marinoda, digəri Andorrada baş tutacaq. Komandalar arasından cavab qarşılaşması isə 1 həftə sonra təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan çempionu “Neftçi” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və Zaqreb “Dinamo”su ilə qarşılaşacaq.



I təsnifat mərhələsi

22:00. “Tre Fiori” (San-Marino) – “Valletta” (Malta)
23:30. “Santa Koloma” (Andorra) – “Düdelanj” (Lüksemburq)