2 manat ver, AZAL – “Minsk” görüşünü izlə
27.06.2011 - 16:45
Bakının AZAL klubunun “Minsk”lə (Belarus) keçirəcəyi oyununun biletlərinin qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü üçün biletlər bu gündən satışa çıxarılıb.
İyunun 30-da Şüvəlan qəsəbəsindəki “AZAL” stadionunda təşkil ediləcək qarşılaşmanı canlı izləmək arzusunda olan azarkeşlər üçün biletlərin qiyməti 2 manatdır.
Qeyd edək ki, biletləri stadionun kassalarından və ya klubun ofisindən almaq mümkündür.

0
0