“Şəxsən mən, ilk mərhələdən çox qorxuram”
27.06.2011 - 23:01
“Biz komanda şəklində rəqibin oyunlarına baxmışıq. Yaxşı müdafiə olunub, sürətli əks-hücumlara keçirlər. “Banqa”nın oyunu bizdə xoş təəssürat oyatdı”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.
Avropa Liqasının I təsnifat mərhələsində “Banqa” ilə qarşılaşacaq Ağdam təmsilçisi artıq Litvaya yollanıb. İyunun 30-da baş tutacaq qarşılaşma öncəsi fikirlərini bildirən Sadıqovun sözlərinə görə, komandası ciddi sınaq qarşısındadır: “Bizim komandanın durumunu nəzərə alıb deyə bilərəm ki, səfərdə bizi ağır oyun gözləyir. Şəxsən mən, ilk mərhələdən çox qorxuram. Ən əsası, çalışmalıyıq ki, məğlub olmayaq. Litvadan bərabərliklə qayıtsaq yaxşı, qollu heçə-heçə qeydə alınsa əla olar”.
Bununla belə, Sadıqov komandasının qələbəsini sensasiya saymayacaq: “Fikrimcə, qələbəmiz sensasiya olmayacaq. Litvadakı qarşılaşmada hər bir nəticə gözləmək olar. Onsuz da bizim üçün çox çətin olacaq. Türkiyə toplanışında heç bir yoxlama matçı keçirməmişik. Rəqib isə cavan komandadadır. Yaxşı cərimə zərbələrini yetirən, sürətli futbolçuları var. Ona görə də, rəqibi yaxşı təhlil edib, görüşə ciddi yanaşmalıyıq. Ola bilsin ki, fiziki cəhətdən çatdırmayaq. Komanda üzvlərində yorğunluq var. Gücümüzü 90 dəqiqəyə düzgün bölüşdürməliyik. Əks halda, xoşagəlməz nəticə ilə üzləşərik”.
“Qarabağ”la “Banqa”nı müqayisə edən Sadıqovun fikrincə, komandasının rəqiblər müqayisədə ustalıq səviyyəsi daha yaxşıdır: “Amma bu amil çox şey həll etmir. “Banqa”nın ən üstün cəhəti isə odur ki, çempionatda 16 oyun keçirib. İlk görüşü öz meydanında keçirir. Doğma azarkeşləri qarşısında oynayacaqlar”.

0
0