“Qəbələ”dən “qol yağışı”
27.06.2011 - 23:25
“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq “Obolon-2011” turnirində iştirakına start verib. Apasport.az saytının xəbərinə görə, həmvətənlərimiz ilk oyunlarını “Obolon” Futbol Klubuna məxsus bazanın meydançasında keçirib və yarışa qələbə ilə başlayıb. U-13 Çerkası şəhərinin “Yavor” klubuna 6:0 hesabı ilə qalib gəlib.
Komandamız sabah turnirdə ikinci matçını keçirəcək. Rəqib “Polesye” (Jitomir) olacaq.
Komandamız sabah turnirdə ikinci matçını keçirəcək. Rəqib “Polesye” (Jitomir) olacaq.
0
0