Uinston Parks: Bura gəlmişəmsə, “Bakı”ya xeyir verməliyəm
28.06.2011 - 00:10
“Bakı” transfer fəaliyyətini davam etdirir. Apasport.az saytının xəbərinə görə, yerli futbolçular Elvin Məmmədov, Elvin Əliyev və Novruz Məmmədovu heyətinə qatan paytaxt təmsilçisi Uinston Parksla 2 ilik müqavilə imzalayıb.
Kosta-Rika millisinin sabiq futbolçusu yeni komandasına keçidi və yeni mövsümdə qarşıda duran vəzifələrlə bağlı fikirlərini açıqlayıb: “Bakı” yaxşı təşkil olunmuş klubdur. İlk dəfə bura gələndə futbol oynamaq üçün ideal şərait yaradıldığının şahidi oldum. Görünür, burada futbolçulara qayğı göstərilir və xüsusi diqqət yetirilir. Yaradılmış şəraiti görən hər bir futbolçu üçün “Bakı”da oynamaq əlavə zövq mənbəyidir”.
Parks bildirib ki, komanda yeni gəldiyi üçün müəyyən çətinlikləri var: “Hər məşqdən sonra komandama daha çox öyrəşməyə başlayıram. İnanıram ki, tez bir uyğunlaşma dövrünü bitirib, qarşıdan gələn mövsümdə yeni komandamla uğurlara imza atacağam. Ilkin vəzifə olaraq gələn mövsüm “Bakı” ilə kubok və çempionluğu qazanmaq istəyirəm. Bura gəlmişəmsə, kluba xeyir verməliyəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Əsas məqsəd kuboku və çempion titulunu qazanmaqdır”.

0
0