Elvin Əliyev “qızıl dubl”dan dəm vurur
28.06.2011 - 00:13
Elvin Əliyev “qızıl dubl”dan dəm vurur
“Bakı” mənim doğma komandamdır və bura qayıtdığıma görə çox şadam. Burada iki il forma geymişəm və bu komandada böyük uğurlara imza atmışıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Elvin Əliyev deyib.

Yenidən “zolaqlılar”ın heyətinə qayıdan müdafiəçi fikirlərini klubun saytına açıqlayıb: “Hazırda qarşımda duran əsas məqsəd məşqçinin inamını qazanıb, əsas heyətə düşməkdir. Bu məqsədə çatdıqdan sonra Azərbaycan Premyer Liqasında uğurlu çıxış edib, həm kubok həm də çempionluğu qazanmaq istəyirəm. İndi yeni futbolçularla güclənən və həmişə iddialı olan “Bakı”nın yeni heyəti qurulur. İnanıram ki, gələn mövsümü “qızıl dubl”la yekunlaşdıracağıq”.