“Bu, böyük klublarda normal haldır”
28.06.2011 - 09:00
“Xəzər Lənkəran” klubunun yeni transferi, nigeriyalı hücumçu Tosin Dosunmunun apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- “Xəzər Lənkəran”a keçidiniz necə alındı?
- Bildiyiniz kimi, komandamızın baş məşqçisi Mirça Rednik Belçikada yaşayır, Belçika çempionatı ilə yaxından maraqlanır, informasiyası daha çoxdur. Oyunumu görüb bəyənmişdi, mənə güvəndiyindən komandaya dəvət etdi. Mən də ona müsbət cavab verdim.
- Komandanız Avropa Liqasına çətin oyunla başlayacaq. Rəqibiniz “Makkabi” haqda hansısa məlumata maliksiniz?
- Təbii ki, “Makkabi” yaxşı komandadır. Bunu hamı bilir, təkrarlamağa ehtiyac yoxdur. Mənim də avrokuboklarda oyun təcrübəm var. Bir neçə il əvvəl “Jerminal”ın heyətində Bakıda adını xatırlamadığım komanda ilə görüşdə 0:1 hesabı ilə uduzmuşduq.
- Həmin görüş İntertoto kuboku çərçivəsində “Neftçi”yə qarşı olmuşdu...
- Ola bilər, həmin komandanın adı yadımda deyil.
- Bakıda uduzduğunuz matçda sizə qol vuran futbolçu ilə artıq bir komandada oynayırsınız. Bundan xəbəriniz var?
- (gülür). Xeyr, kimdir ki?
- Müdafiəçi Elnur Allahverdiyev.
- Yadımda qalmayıb. Amma deyə bilərəm ki, hər bir futbolçu avrokuboklarda oynamaq istəyir. Demək olmaz ki, hansısa komandanın adı güclü səslənirsə, həmin komanda mütləq qələbə qazanacaq. Uğurlu çıxış üçün əlimizdən gələni edəcəyik.
- “Makkabi” ilə qarşılaşmadan bir gün sonra ad gününüzdür. 31 yaşınız münasibətlə Təl-Əvivdə sizdən qol gözləmək olarmı?
- Bunun üçün ilk növbədə heyətə düşməliyəm. Baş məşqçinin mənə şans verib-verməyəcəyi məsələsi var. Amma oynayaramsa, mütləq qol vurmağa çalışacağam. Təbii ki, həm komandama xeyir verməyi, həm də ad günümə hədiyyə etməyi istərdim.
- Baş məşqçi Mirça Rednik komandanı “Makkabi” ilə oyunlara necə motivasiya edir?
- Hələ 3 gündür komandadayam, bu səbəbdən nəsə demək çətindir. Fikrimcə, “Xəzər Lənkəran” hal-hazırda avroliqaya hazır deyil. 2 həftədən sonra komanda 70-75 faiz hazır olacaq, onda müəyyən fikir bildirmək olar. Hələlik isə bütün fikrimiz məşqlərə yönəlib.
- Bəs rəqabətdən çəkinmirsiniz?
- Bu, böyük komandalarda normal haldır. Kimi heyətə salmaq hüququ baş məşqçiyə məxsusdur. Şəxsən mən, özümdən asılı olan ən yaxşı şeyi komandaya verəcəm. Amma mənə oynamaq şansı verib-verməmək məşqçinin ixtiyarındadır.
- Azərbaycana çılğın fanatları olan komandaya gedəcəyindən xəbərin var?
- Təbii ki, müəyyən qədər var. Dieqo Souza ilə danışanda dedi ki, bizim komanda Azərbaycanda ən güclü azarkeş dəstəyinə malikdir. Bilirəm ki, xeyli azarkeşləri var. Bundan sonra məndə maraq daha da artdı. Yəni, belə azarkeşi olan komandada oynamaq futbolçunu daha da həvəsləndirir. İnternetdə Azərbaycan, “Xəzər Lənkəran” haqda informasiya topladım. O zaman bildim ki, belçikalı futbolçu Emil Mpenza da Azərbaycan çempionatında oynayır.
- Nə vaxtsa Mpenzanın komandasına qarşı oynamısız?
- Bəli.
- Mpenzanın forma geyindiyi “Neftçi” klubu ilə “Xəzər Lənkəran” barışmaz rəqiblərdir...
- İnanıram ki, “Neftçi” ilə görüşlərdə qələbəni bizim komanda qazanacaq.
- Bəzi informasiya qaynaqlarında Nigeriya yığmasında 3, bəzilərində 1 oyun keçirdiyiniz yazılıb. Bunların hansı doğrudur?
- Milli komandaya 3 dəfə çağırılmışam. 1 oyunda meydana çıxsam da, ikisində ehtiyatda qalmışam.
- Vaxtilə Nigeriya yığmasını çalışdırmış Berti Foqtsun Azərbaycan millisinə rəhbərlik edir. Bundan xəbəriniz varmı və almaniyalı məşqçi barədə nə deyə bilərsiniz?
- Foqtsun ölkənizdə çalışmasından xəbərsizəm. Fikrimcə, pis məşqçi deyil.
İxtiyar ƏSGƏROV
İNNSBRUQ

0
0