Yığmamızın növbəti məğlubiyyəti
28.06.2011 - 09:12
Yığmamızın növbəti məğlubiyyəti
Almaniyada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri “Viktoriya Aşaffenburq” klubunun U-17 komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Qarşılaşma 3:1 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Təyyar Məmmədov fərqlənib.

Qeyd edək ki, millimiz bunadək “Kikker Offenbax”a 0:4 hesabı ilə uduzmuşdu.

Mənbə: affa.az