“Xəzər Lənkəran”ın Superliqa təmsilçisi ilə oyunu baş tutmadı - YENİLƏNİB
28.06.2011 - 12:33
“Xəzər Lənkəran”ın Superliqa təmsilçisi ilə oyunu baş tutmadı - YENİLƏNİB
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın bu günə nəzərdə tutulan yoldaşlıq oyunu baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Fulmpes şəhərciyində məskunlaşan cənubluların Kosovo təmsilçisi “Trepça” ilə görüşünün keçirilməsinə siyası amillər mane olub.

Məsələ ondadır ki, bu komanda Makedoniya Superliqasında mübarizə aparsa da, Kosovo beynəlxalq miqyasda tanınmır. Bu üzdən Kosovanın nə klubları, nə də yığması rəsmi oyunlarda iştirak edir.

Ən böyük uğuru ötən mövsüm Kosovo Superkubokunu qazanması olan “Trepça” ilə görüş Bakı vaxtı ilə saat 21:00-da başlanması nəzərdə tutulmuşdu.

Qeyd edək ki, “Xəzər Lənkəran” Avstriyada ilk yoxlama oyununda Almaniyanın II Bundesliqasında çıxış edən Drezden “Dinamo”su ilə qolsuz heç-heçə edib.