“Xəzər Lənkəran”ın düşərgəsində daha bir rumıniyalı
28.06.2011 - 10:25
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubu düşərgəsinə daha 1 legioner dəvət edib. Apasport.az saytının məlumatına görə, rumıniyalı baş məşqçi Mirça Rednik sərəncamında daha bir həmyerlisini sınayacaq. Bu, 29 yaşlı sağ cinah yarımmüdafiəçisi Florin Hidişandır.
Azad agent statusu olan Hidişanın son klubu “Panduri” olub. Son 2 mövsümü bu komandada keçirən yarımmüdafiəçi əvvəllər “Braşov”, “Otopeni”, “Arceş”, “Arad” kimi klublarda da çıxış edib.
Qeyd edək ki, “Xəzər Lənkəran”da sağ cinah yarımmüdafiəçisi kimi solaxay Julius Vobay çıxış edir.

0
0