“O, 1-2 həftə “Xəzər Lənkəran”la məşq edəcək”
28.06.2011 - 11:01
“O, 1-2 həftə “Xəzər Lənkəran”la məşq edəcək”
“Bizim razılığımızla Florin Hidişan Vyanaya yollanıb. O, “Xəzər Lənkəran”ın təlim-məşq toplanışına qatılacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Panduri” klubunun baş direktoru Eugen Parvulesku deyib.

O, komandasının sabiq futbolçusu, azad agent statusuna malik Florin Hidişanın karyerasını Azərbaycanda davam etdirmək variantına münasibət bildirib: “O, 1 ya da 2 həftə komandanın hazırlıqlarına qatılacaq. Bundan sonra klub rəhbərliyi ilə danışıqlar aparacaq. Əlbəttə əgər öz oyunu ilə Mirça Rednikin rəğbətini qazana bilsə. Düşünürəm ki, avrokubokların starına kimi onun bunu etməsi mümkündür”.