Azərbaycanlı məşqçi üçün 45 milyon avroluq futbolçu
28.06.2011 - 11:44
Azərbaycanlı məşqçi üçün 45 milyon avroluq futbolçu
Rusiyanın “Anji” klubu dünyanın ən istedadlı futbolçularından olan Neymarın transferi uğrunda mübarizəyə girişib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi “Santos”da oynayan 19 yaşlı braziliyalı hücumçuya görə 45 milyon avro ödəməyə hazırdır. “Anji” Neymarın keçidi üçün dünya nəhəngləri – “Barselona”, “Real”, “Çelsi, “Mançester Siti” ilə bir sırada durub.

Yaxında Libertadores Kubokunu qazanan “Santos”un prezidenti Luis Ribeyro Neymarı satmaq istəmədiklərini bildirib: “Ancaq onun gedişinin mümkünlüyü müqavilədə göstərilib. Neymarı 5 Avropa klubu almağa hazırdır. Biz onların nümayəndələrinə futbolçumuzla görüşməyə icazə vermişik”.

Qeyd edək ki, milli komandamızın sabiq çalışdırıcısı Vaqif Sadıqov bu ildən “Anji”də məşqçi işləyir.