“Qalatasaray”da 18 yaşlı hücumçu
28.06.2011 - 11:58
“Qalatasaray”da 18 yaşlı hücumçu
“Qalatasaray” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Almaniya “Ayntraxt”ının futbolçusu Okan Derecinin keçidini həll edib.

18 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, “Qalatasaray”da ilk mövsümdə öncədən 150 min avro və hər ay 8 min avro qazanacaq. Müqaviləyə əsasən növbəti 2 ildə isə Derecinin maaşı artırılacaq. Belə ki, Okana 2012/2013 və 2013/2014 mövsümlərində ayda müvafiq olaraq, 10 və 12 min avro veriləcək.

Qeyd edək ki, Dereci Türkiyənin 18 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyur.