“Şəmkir”də “lipa” tapıldı
28.06.2011 - 12:08
“Şəmkir”də “lipa” tapıldı
AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri “lipa” məsələsini araşdırıb. Regional Futbol Federasiyasının keçirdiyi Region kubokunun mayın 28-də keçirilən “Şəmkir” – RİOEUGİM (Ağstafa) və iyunun 9-da baş tutan UGİM (Ağstafa) – “Şəmkir” matçları ilə bağlı araşdırmaları yekunlaşdıran komitə matçlarda 1 oyunçunun yerinə digərinin oynadığını müəyyənləşdirib. Bu, “Şəmkir”in futbolçusu Sadıqov Yaşar Qafqaz oğlunun əvəzinə iştirak edən Qənbərov Qeyrət Mais oğludur. Sonuncu peşəkar futbolçudur və Azərbaycan çempionatının I divizionunda çıxış edən “Şəmkir”in üzvüdür. Bunu nəzərə alan İK futbolçunun iştirak etdiyi bütün oyunlarda “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verib.

Mənbə: affa.az