Əsgər Abdullayev: Onlar birbaşa müqavilə imzalamağa gələcəklər
28.06.2011 - 12:23
“Hazırda Tovuz şəhər stadionunda təmir işləri gedir. Buna görə də toplanışı 1-2 gün ləngitdik. Çünki kənardan gələn futbolçular bazada qalmalıdırlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib. Yeni mövsümdən “Turan”ı çalışdıracaq 51 yaşlı çalışdırıcı yeni komandasını hələ bir araya gətirməyib. Tovuz təmsilçisinin iyunun sonunda hazırlığa başlayacağı gözlənilsə də, mərkəzi stadionda təmir işləri yekunlaşmadığından, bu proses bir müddət ləngiyəcək. Bununla belə, Abdullayev futbolçuların artıq ağır yükləmələrə hazırlaşdıqlarını bildirib: “Komanda şəklində olmasa da, futbolçular məşq edirlər. Tovuzlu futbolçular rayonda Eltay Aslanov və Nizami Ocaqverdiyevin rəhbərliyi altında hazırlıq keçir. Paytaxtda yaşayan futbolçulara da müəyyən tapşırıqlar vermişik. Yəni məqsəd əzələləri ağır yükləmələrə hazırlamaqdır”.
Tapşırığın əsasən yüngül qaçışdan ibarət olduğunu qeyd edən “Turan”ın baş məşqçisi nəticə ilə daim maraqlandığını deyib: “Bu, elə də ciddi tapşırıq deyil. Meşədə, dəniz kənarında qaçmaqla, eləcə də futbol oynamaqla buna hazırlaşmaq mümkündür. Nəticə ilə daim maraqlanırıq. Onlarla görüşür, danışırıq”.
Transfer çalışmalarını da davam etdirən Tovuz təmsilçisi əcnəbi futbolçuları baxışa dəvət edib. Abdullayevin legionerlərin təmsil etdiyi ölkələrin adlarını çəkib: “Yeni transferlərimiz olacaq. Ukraynadan, Moldovadan, Gürcüstandan baxışa futbolçular dəvət edəcəyik. Elə oyunçular da olacaq ki, onlar birbaşa müqavilə imzalamağa gələcəklər. Ancaq indidən ad açıqlaya bilmərəm. Ola bilsin, heç razılığa əldə edə bilmədik. Niyəsə kimin adını hallandıraq?”

0
0