Dmitri Kruqlov: Mənə Rusiyada komanda tapmağı ona demişəm
28.06.2011 - 13:17
Dmitri Kruqlov: Mənə Rusiyada komanda tapmağı ona demişəm
Ötən mövsüm Bakının “İnter” klubunda keçirən Dmitri Kruqlov Rusiyaya qayıdacağını istisna etmir. Apasport.az saytının məlumatına görə, vaxtilə Moskvanın “Lokomotiv” klubunda çıxış edən 27 yaşlı sol cinah oyunçusu estoniyalı yenidən bu ölkənin Premyer Liqanın iştirakçısı olmaq istəyir. “İnter” mayda müqaviləsi bitən Kruqlovla yollarını ayırdıqdan sonra milli üzvü hazırda formasını vətənində, Tallində saxlayır. O, buna həm fərdi, həm də “Levadiya” ilə birgə məşq edərək, nail olur.

“İnter”lə hələ tam hesablaşmayan Dmitri hesab edir ki, gələcək karyerasını davam etdirməklə bağlı ən real variant Rusiya klublarının biridir: “Mənim agentim rusiyalıdır. Onun Rusiya ilə ən yaxşı əlaqələri var. Artıq ona demişəm ki, mənə yeni komanda komanda tapsın. Ancaq hələ konkret təklif yoxdur”.

Qeyd edək ki, “Neftçi” 2008-ci ilin qışında “Lokomotiv”dən icarəyə götürdüyü Kruqlovu sonradan birdəfəlik transfer etdi.