Narbekovas: “Qarabağ” rəqibini bir anda məhv etməyə çalışır
28.06.2011 - 13:27
Avroliqanın I təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq Litva “Banqa”sının baş məşqçisi Arminas Narbekovas komandasının rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur litvalı futbolçusu təmsilçimizlə qarşıdakı oyunlar haqda danışıb.
- “Qarabağ”la oyun ərəfəsində komandada əhval-ruhiyyə necədir?
- Son turun matçından sonra çox yaxşıdır. Lakin biz evdə, doğma publika qarşısında belə oynaya bilmərik. Həmin qarşılaşmada komandanın lideri Andrius Lipskus əla təsir bağışladı. O, qarşıdakı matçda da komandanı arxasınca aparmalıdır.
- Rəqib haqda istədiyiniz qədər məlumat toplaya bildinizmi?
- Çox şey öyrəndim. Onların bir çox oyunlarının videosunu izləyib zəif-güclü tərəflərini, necə hücum edib, necə müdafiə olunduğunu bilirəm. “Visla” ilə ötən ilki 2 qarşılaşmadan çox şey öyrəndim. Rəqibimizin polşalılara 7 dəqiqəyə 3 qol vurması onların gücünü göstərir. “Qarabağ” rəqibini bir anda məhv etməyə çalışır.
- Qarşınızda hansı vəzifə durur?
- Ola bilər ki, biz uduzaq, lakin sonadək mübarizə aparacağıq. Kiminsə ulduzlardan ibarət komandası olsa da, bu nəticənin qazanılması anlamına gəlmir.
- Komanda mövsüm boyu zədələrdən əziyyət çəkdi. Cümə axşamı optimal heyət görə biləcəyikmi?
- Köhnə zədələr buna imkan vermir. Vaxtilə Azərbaycanda oynamış Anatoli Ostap zədəsini sağaltsa da, neçə vaxtdır ki, oynamır. Oyun praktikasının yoxluğunda ona güvənmək çətindir.

0
0