Məşhur futbolçuya 6 min avroya oyun satmaq təklif olunub
28.06.2011 - 13:40
Argentina milli komandasının futbolçusu Karlos Teves Yunanıstanda korrupsiya qalmaqalına düşüb. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” klubunun kapitanına Avroliqanın ötən mövsüm 1/16 finalında Yunanıstan “Aris”i ilə ilk oyunda 6 min avro rüşvət təklif olunub. Yunanların evdə qolsuz bərabərliklə nəticələnən görüşdə rəqibin liderinin ələ almaqda şübhələnirlər.
“Aris”in 2 futbolçusunun – yarımmüdafiəçi Kostas Mendrinosla meksikalı hücumçu Neri Kastilyonun telefon danışığı dərc olunub. Kastilyo “Mançester Siti”də oyun təcrübəsinə malikdir. Mendrinos Tevesi lazımı nəticəni əldə etmək bacarığında olan futbolçu adlandırıb. Bundan sonra Karlosa 6 min avro rüşvət təklif edildiyi deyilir.

0
0