“Ümid edirəm ki, “Qarabağ”a gülünc hesabla uduzmayacağıq”
28.06.2011 - 13:55
“Püşkün bəxtimizə “Qarabağ”ı çıxarmasını əvvəl neytrallıqla qarşıladım. Rəqibi tanıyandan sonra ümid edirəm ki, gülünc hesabla uduzmayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Litvanın “Banqa” klubunun idarə heyətinin rəhbəri Daynyus Satkus deyib.
Avroliqanın I təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq litvalıların rəsmisi qarşıdakı oyunlar haqda fikirlərini açıqlayıb: “Rəqibin gücünü bilirik. Amma ümidimizi də itirmirik. Komandamız kiçik klubdur. Amma balacalar da nə vaxtsa udmalıdır. Ümidimiz azarkeşlərimizədir. Stadion ağzına kimi dolsa, bu dəstək bizə kömək ola bilər”.

0
0