Vurğun Hüseynov: Belə vəziyyətdə həm də nəticə olacaq
28.06.2011 - 14:22
“Hələ istirahətdəyik. Komanda iyulun 5-də toplanacaq və mən də həmin tarixdə Qəbələdə olacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Vurğun Hüseynov deyib. Ötən mövsümü “Turan”ın heyətində keçirən kapitan çempionat başa çatdıqdan sonra “Qəbələ” ilə 3 illik müqavilə imzaladı. Yeni komandasında debüt edəcəyi anını səbirsizliklə gözləyən Hüseynov üçün “Qəbələ” yad deyil. Belə ki, millimizin 22 yaşlı üzvü vaxtilə bu klubun formasını geyinib. Amma həmin vaxt qəbələliləri Ramiz Məmmədov çalışdırırdı.
Yeni baş məşqçi Toni Adamsın rəhbərliyi altında ilk oyununu keçirmək istəyən Vurğun rəqabətə hazır olduğunu bildirib: “Klub rəhbərliyi bir neçə futbolçu ilə müqavilə imzalayıb ki, onlar arasında müdafiəçilər də var. Eyni zamanda, komandanın özündə də səviyyəli arxa xətt oyunçuları cəmləşib. Ancaq rəqabətdən qorxmuram. Əksinə, heyətə düşmək üçün aparacağım rəqabət xeyrimə işləyəcək. Belə vəziyyətdə həm də nəticə olacaq”.
İngilis mütəxəssisin çalışdırdığı komandanın qarşısına qoyduğu məqsədin futbolçuları stimullaşdıracağını da qeyd edən Hüseynov uyğunlaşma cəhətdən müəyyən zamana ehtiyac olacağını istisna etməyib: “Hansısa kluba keçəndə müəyyən müddət uyğunlaşmaq lazım olur. Düşünürəm ki, bu problem olmayacaq. Ayrıca, klubun qarşısına yüksək yerlərdən biri tutmaq məqsədi qoyması da futbolçuları ruhlandıracaq”.

0
0