Mahmud Qurbanov: Klub tapmasam, karyeramı bitirməyə məcbur olacağam
28.06.2011 - 14:54
“Kəpəz”ə qayıdışımla bağlı konkret heç nə yoxdur. Danışıq olub, ancaq sonrası necə olacağını deyə bilmərəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq futbolçusu Mahmud Qurbanov deyib.
2009-cu ilin qışından “Bakı”nın şərəfini qoruyan ən titullu futbolçumuz hazırda klubsuzdur. Karyerasını davam etdirmək haqda düşünən 38 yaşlı yarımmüdafiəçini xidmətində yalnız futbolçu kimi heyətində ilk addımlarını atdığı “Kəpəz” maraqlıdır. Komandanın baş məşqçisi Mehman Allahverdiyevlə Qurbanov arasında ilkin danışıq olsa da, konkret razılıq yoxdur. Hər halda, “Kəpəz”in məşqlərə başladığını nəzərə alsaq, bu transferin baş tutmamaq ehtimalı qalır: “Mehman müəllimlə danışığımız olub. Ancaq hələ hansısa müqavilə imzalamamışıq. Hazırda Bakıdayam və fərdi şəkildə məşq edirəm. Təbii ki, özümə klub tapmasam, məcbur olub karyeramı bitiəcəm”.
Mahmud “Bakı” rəhbərliyinin ona heç bir müqavilə təklif etmədiyini bildirib: “Anlaşma bitdiyindən, sağollaşıb, ayrıldıq. Kənarda nə söz-söhbət gəzdiyini deyə bilmərəm. Fakt odur ki, mənimlə heç kim danışmayıb”.

0
0