“Neftçi”nin rəqibindən növbəti “quru qələbə”
28.06.2011 - 15:18
“Neftçi”nin rəqibindən növbəti “quru qələbə”
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Xorvatiya “Dinamo”su növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Zaqreb təmsilçisi Sloveniyanın Maribor şəhərindəki toplanış çərçivəsində Slocakiyanın “Rujomberok” klubu ilə qarşılaşıb.

Krunoslav Yurçiçin yetirmələri ikinci hissədə vurulan 2 qolla qələbə qazanıb. Vrsaljko 47-ci dəqiqədə fərqlənibsə Kostelni 9 dəqiqə sonra öz qapısına qol vurub. Bu matçda xorvatiyalılar bu heyətlə oynayıb: Kelava (Lonçariç, 60), Vrsaljko (Tomeçak, 60), Tonel (Ademi, 54), Cufre (Vida, 60), İbanez (Paliç, 60), Leko (Calello, 60), Badelj (Chaqo, 60), Alispahiç (Şitum, 60), Sammir (Kovaçiç, 60), Beçiray (Silvestr, 60), Krstanoviç (Rukavina, 60).

Qeyd edək ki, “Dinamo” ilk yoxlama oyununda Xorvatiyanın aşağı dəstə təmsilçisi “Slaviya”nı da quru hesabla məğlub etmişdi – 5:0.