AZAL Bosniyanın ən yaxşı müdafiəçisi ilə müqavilə imzaladı
28.06.2011 - 15:44
Azərbaycanı Avroliqada təmsil edən Bakının AZAL klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” son mövsüm “Sarayevo” klubunun heyətində Bosniya və Herseqovina çempionatının gümüş medalını qazanan serbiyalı Branislav Arseniyeviçin keçidini həll edib. 28 yaşlı sağ cinah müdafiəçisi ilə “2+1” şərti ilə rəsmi müqavilə imzalanıb.
Əvvəllər ölkəsində və bir mövsüm Makedoniyada çıxış edən Branislav sonradan Bosniyanın “Slaviya” klubuna keçib və burda 3 mövsümdə 71 çempionat oyununda meydana çıxıb. O, ötən yay isə “Sarayevo”ya transfer olunub və 26 çempionat oyununda 5 qola imza atmaqla, mövsümün ən yaxşı müdafiəçisi adını qazanıb.
Qeyd edək ki, Avroliqanın I təsnifat mərhələsində “Minsk”lə düşən AZAL Xorvatiyanın “Hayduk” albaniyalı yarımmüdafiəçi Ervin Bulkunu da transfer edib. Yerli transferlər isə Salyanın “Muğan” klubundan gələn qapıçı Amil Ağacanovla hücumçu Elşən Məmmədovdur.

0
0