Doroş milli komandamız üçün uğursuz məkanda oynayacaq
28.06.2011 - 17:48
Azərbaycan milli çempionatının iştirakçısı olan moldovalı futbolçu Anatoli Doroş yenidən klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, bu ildən karyerasını Qazaxıstanda davam etdirən 27 yaşlı hücumçu Premyer Liqasının digər təmsilçisinə keçib. Doroş Pavlodarın “İrtış” klubunu Astananın eyniadlı təmsilçisini dəyişib. O, “Astana” ilə “6 ay + 1 il” şərti ilə müqavilə imzalayıb. Anatoli paytaxt təmsilçisinin ev oyunlarının keçirdiyi, milli komandamızın iyulun 3-də Qazaxıstan yığmasına uduzduğu (1:2) “Astana-Arena”da çıxış edəcək.
Moldova yığmasının futbolçusunun agenti Georgi Korpaçan keçidlə bağlı bunları deyib: “Astana”nın seleksiyaçıları Doroşun oyununu diqqətlə izləyərək, ona konkret müqavilə təklif etdilər. Pavlodar klubu özünü yüksək peşəkarlıqla apararaq, futbolçuya əngəl törətmədi. Onlar futbolçuya güzəştə getdilər Ümid edirəm ki, Anatoli yeni kollektivində tez uyğunlaşacaq. “Astana”da Moldova yığmasının 2 hücumçusu - Doroşla Buqayevin oynamağından həm klubun nümayəndələri, həm də bu ölkənin millisi qazanacaq. Onlar bir-birini tanıyır və meydanda asan dil tapacaqlar”.
Qeyd edək ki, ölkəmizdə “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan” klublarında oynayan Doroş “İrtış”ın heyətində Qazaxıstan çempionatında 15 görüşdə 4 qol vurub, kubokda 3 dəfə fərqlənib.

0
0